Türkiyədə baş verən zəlzələ nəticəsində 14 yaşlı qız panik atak nəticəsində ölüb, daha 69 nəfər yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
O, X sosial şəbəkəsində yazıb : “Fethiyədə 14 yaşlı Əfranur Günlü zəlzələ zamanı panik atak keçirib və xəstəxanaya yerləşdirilib, lakin təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq dünyasını dəyişib”.
Bundan başqa, zəlzələ nəticəsində 69 nəfər xəsarət alıb, onlardan 46-sı xəstəxanalardadır.
Nazirin sözlərinə görə, yaşayış binalarına heç bir ziyan dəyməyib.
DOĞRU.AZ