Türkiyəli teleaparıcı, maliyyə məsləhətçisi və idman meneceri Nedim Türkmen Türkiyənin Bolu dağ-xizək kurortunda yerləşən Grand Kartal otelində baş verən yanğında ailəsi ilə birlikdə dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, bu barədə onun analitik və şərhçi kimi proqramlarında iştirak etdiyi Bloomberg HT telekanalı məlumat yayıb.
Onunla birlikdə həyat yoldaşı, 18 yaşlı qızı və 22 yaşlı oğlu dünyasını dəyişib.
Bundan əvvəl Türkiyənin Boludakı xizək kurortunda baş verən yanğın nəticəsində 78 nəfərin öldüyü otelin sahibinin faciənin günahını aşpaz, elektrik və mühafizəçilərin üzərinə atdığı bildirilirdi.
Türkiyənin Bolu şəhərindəki kurortda baş verən yanğından sonra 15 nəfər həbs edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xizək kurortunda mehmanxanada baş verən yanğına görə məsuliyyət daşıyanların hamısını cəzalandıracağına söz verib.
“Grand Kartal” otelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Faciə qurbanlarının demək olar ki, yarısı azyaşlılar olub.
DOĞRU.AZ