image-n1karobka_ads
image-123
image-668e95f6ae5ac96b9030014abackend

Udmurtiyada avtobusun minik avtomobili ilə toqquşması nəticəsində iki nəfər ölüb

Udmurtiyanın Votkinski rayonunda minik avtomobili ilə adi avtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, daha 22 nəfər yaralanıb.

“İki nəfər ölüb, üçü uşaq olmaqla 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün yaralılar təcili tibbi yardım briqadaları tərəfindən Votkinsk şəhər xəstəxanasına çatdırılıb”, – deyə regional Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Bundan əvvəl Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş vermiş böyük avtomobil qəzası nəticəsində 14 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki