image-n1karobka_ads
image-123
image-321254966_673203387615299_1768161808980148214_nbackend

Ünal Üstel İlham Əliyevi təbrik edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Doğru.az xəbər verir ki, Ünal Üstel sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi seçki qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, cənab Əliyevin 5-ci dəfə qazandığı bu danılmaz seçki qələbəsi Azərbaycanın davamlı yüksəlişini davam etdirməklə yanaşı, regional sülhə, Türk Dünyası və Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr verəcəkdir. Azad Qarabağda seçki qutularının qurulduğu bu önəmli seçkidə mən seçkiyə gedən, iradəsini nümayiş etdirən, Azərbaycan demokratiyasını müdafiə edən bütün azərbaycanlı qardaşlarımızı ürəkdən təbrik edir, onları ən səmimi hisslərimlə salamlayıram”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki