image-n1karobka_ads
image-123
image-dcshooting_1747881735183_hpmain_16x9backend

Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında atışmada iki ölü var

Mayın 21-də yerli vaxtla Vaşinqtonun şimal-qərbindəki Yəhudi Muzeyinin qarşısında Amerika Yəhudi Komitəsinin tədbiri zamanı xarici səfirliklə əlaqəsi olan kişi və qadın güllələnib.

Bu barədə ABC News xəbər verir.

“Atışma qurbanlarından ikisinin xarici səfirliklə əlaqəsi var, bir çox mənbə təsdiqləyib”, – məlumatda deyilir.

Mənbənin sözlərinə görə, vurulanlardan ən azı biri İsrail səfirliyinin əməkdaşıdır.

Hadisə Amerika Yəhudi Komitəsinin muzeydə keçirdiyi tədbir zamanı baş verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki