image-n1karobka_ads
image-123
image-zelzele_tekanbackend

Venesuelada 5,1 bal gücündə zəlzələ baş verib

Venesuelanın şimalında, Sukre ştatında 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi saytında məlumat verilib.

Zəlzələnin episentrinin 10 kilometr dərinlikdə yerləşdiyi və 40 min insanın yaşadığı Quiriya şəhərindən 12 kilometr aralıda yerləşdiyi qeyd edilir. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Bundan əvvəl ABŞ-ın Oklahoma ştatında zəlzələ baş verib. Yeraltı təkanların 5,1 bal gücündə olduğu qeyd edilir. Mütəxəssislər fevralın 2-də axşam yerli vaxtla saat 23:24-də təbii fəlakəti qeydə alıblar.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki