image-2000x150px
image-123
image-ads_atlas
Vətən Müharibəsində itkin düşən əsgərimizin şəhid xəbəri gəldi.backend

Vətən Müharibəsində itkin düşən əsgərimizin şəhid xəbəri gəldi.

image-728x90px

Doğru.az xəbər verir ki, Vətən Müharibəsində itkin düşən əsgər Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu məlum olub.Əsgərimizin şəhid olma xəbərini dayısı Aydın Aslanov bildirib.

Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib. Şəhidimiz sabah doğulduğu Şabranın Surra kəndində torpağa tapşırılacaq.

Xatırladaq ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən Müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki