image-2000x150px
image-123
image-ads_atlas
image-294854_348nfv5apybackend

“Vətənin cəsur döyüşçüləri” kitabı çap olunub

image-728x90px

Yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Nuranə Şıxaliyeva və Faiq Hüseynovun  müəllifi olduğu “Vətənin cəsur döyüşçüləri-2” adlı kitab azərbaycan, ingilis və rus dillərində nəşr olunub. 

525.az xəbər verir ki, kitabda Azərbaycan ərazilərinin,tarixi torpaqlarının uzun illər ərzində qeyri-qanuni  zəbt edilməsinə son qoymaq məqsədi ilə torpaqlarımızın erməni terrorçularından azad olunması uğrunda canından keçən, əslən Sabirabad rayonundan olan şəhidlər, qazilər, ümumən, müharibədə iştirak edən oğullar  haqqında məlumatlar öz əksini tapıb.

Nəşrin redaktorları  Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının əməkdaşı, yazıçı, şair Azadə Novruzova və Minaxanım  Əkrəmqızı , dizayneri isə Fuad Musayevdir. Kitabı tərcümə edənlər Ellada Mirzəyeva, Fatma Hüseynova,  Pərvanə Səlimovadır. Məsləhətçilər isə Könül Həbibqızı, Vüqar Hacıyev, Firəngiz Quliyeva, korrektoru Könül Məmmədzadədir.

Kitab geniş oxucu kütləsi  üçün nəzərdə tutulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki