image-n1karobka_ads
image-123
image-68c175fb02e8bd014c411c7bbackend

Vilnüsdə qaz vaqonları partladı, əhali təxliyə edildi

image-ad_qayo_720x110px

Litvanın paytaxtı Vilnüs şəhərinin kənarında səkkiz qaz vaqonunun alovlanması və partlaması nəticəsində əhali təxliyə olunub.

Doğru.az xəbər verir ki, LRT-nin məlumatına görə, saat 14:00 radələrində 1 km radiusda evakuasiya elan edilib. İlkin versiyaya əsasən, insidentə işçinin ehtiyatsızlığı səbəb olub, lakin digər ehtimallar da araşdırılır.

Hadisə nəticəsində bir nəfər yaralanıb. Şahidlər bildiriblər ki, partlayışdan sonra hadisə yerindən bir neçə kilometr aralıda qara tüstü sütunu görünüb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın İndiana ştatının Nyuburq şəhərində kimya zavodunda güclü yanğın baş vermişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki