Volkswagen Golf, Tiguan və ID4 modellərini süni intellektə malik səsli köməkçi ChatGPT ilə təchiz edəcək.
Bu barədə Automotive News Europe məlumat yayıb.
Ümumi suallara cavab verə, əyləncə funksiyalarını idarə edə və sürücü ilə əlaqə saxlaya biləcək yenilənmiş səs köməkçisi 2024-cü ilin ikinci rübündə Avropa və Şimali Amerikada Volkswagen avtomobillərində peyda olacaq. Yeni funksiya havadan nəqliyyat vasitəsinin proqram təminatının yenilənməsindən sonra əlçatan olacaq.
Yeni funksiyanı həyata keçirmək üçün alman avtomobil istehsalçısı proqram təminatı istehsalçısı Cerence ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Volkswagen vurğulayır ki, o, bu texnologiyanı kompakt seqmentdəki avtomobillərdə standart funksiyaya çevirən ilk avtomobil istehsalçısıdır.
Mənbə: Autotech