Volqoqrad vilayətində sirk günbəzində elektrik quraşdırma işləri aparan fəhlə 30 m hündürlükdən yıxılıb. Yıxılma nəticəsində ağır bədən xəsarətləri alan kişi hadisə yerində ölüb.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin Volqoqrad şəhərinin Mərkəzi Dairəsi üzrə İstintaq İdarəsi bildirib ki, qəza mayın 29-da baş verib.
“Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində bir sıra istintaq hərəkətləri həyata keçirilir: “Məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib”, – idarədən bildirilib.
Aprelin ortalarında Moskvada iki işçi tikinti sahəsində hündürlükdən yıxılaraq ölüb.
DOĞRU.AZ