image-2000x150px
image-123
image-ads_atlas
image-wa_screen_lock_feature_beta_web-pic_32ratio_900x600-900x600-43226backend

WhatsApp yazışmaları qorumaq üçün yeni funksiyaya sahib olacaq

image-728x90px

“WhatsApp”ın veb versiyasında indi ekranı kilidləmək imkanı var ki, onun vasitəsilə icazəsiz şəxslərin messencerdən istifadəsini məhdudlaşdıra bilərsiniz.

Bu barədə WABetaInfo portalı məlumat yayıb.

Bu xüsusiyyət ilk dəfə 2022-ci ilin noyabrında qeyd edilib. İndi yenilik kompüter üçün WhatsApp Web-in çoxlu sayda beta testerləri üçün əlçatan olub. Bu funksiya messencerə girişi bloklamağa imkan verir və hər açılışdan sonra xüsusi parol daxil etməyi tələb edir.

İstifadəçi parolu unudubsa, o, sessiyanı bitirməli, sonra isə aktiv WhatsApp seansı olan kompüter və smartfonun ekranında QR kodundan istifadə edərək yenidən avtorizasiya etməli olacaq.

Bu funksiyanın işə salınması təmin edir ki, kimsə onun yoxluğunda istifadəçinin kompüterinə daxil olarsa, parol daxil etmədən onun mesajlarını oxuya bilməyəcək. Həmçinin, parol daxil edilənə qədər push bildirişləri göstərilməyəcək.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki