iPhone üçün WhatsApp-ın beta versiyasında qrup çatlarında olan istifadəçilərə ekranlarının məzmununu paylaşmağa, həmsöhbətlərinə film və musiqi yayımlamağa imkan verən funksiya aşkar edilib.
Bu barədə WABetaInfo portalı məlumat yayıb.
Yenilik WhatsApp-ın iOS üçün beta versiyasında 23.25.10.72 nömrəsi altında aşkar edilib və onu TestFlight-a yükləmək olar. Bu funksiya işə salındıqda istifadəçinin cihazında səsləndirilən audio zəng zamanı digər istifadəçilərə ötürüləcək. Yeni funksiyanın öz ekranınızı yayımlamadan səsli və ya video zənglərdə uyğun olmadığı qeyd edilir.
WABetaInfo-nun məlumatına görə, yeni funksiya istifadəçilərə birlikdə film, video təqdimat izləmək və musiqi dinləmək imkanı verəcək, həmçinin qrup videozənglərini daha interaktiv edəcək.
Bu funksiya hazırda yalnız iPhone testçiləri üçün əlçatandır. Belə funksionallıq hələ Android-in beta versiyalarına əlavə edilməyib. “WhatsApp”ın messencerin stabil versiyalarının istifadəçiləri üçün bu funksiyanı nə vaxt təqdim edəcəyi məlum deyil.
Mənbə: Autotech