Xiaomi təsisçisi və baş direktoru Lei Jun X səhifəsində Leica kamerası olan Xiaomi 13T smartfonlar xəttini nümayiş etdirəcək növbəti təqdimatın tarixini elan etdi.
Xiaomi 13T və 13T Pro-nun rəsmi təqdimatı sentyabrın 26-da Berlində keçiriləcək. Gözlənilir ki, yeniliklər daha əvvəl Çində təqdim edilmiş bir qədər dəyişdirilmiş Redmi K60 Ultra olacaq.
Şayiələrə görə, Xiaomi 13T Pro 6,67 düymlük 1,5K təsvir ölçüsünə və 144 Hz yeniləmə tezliyinə malik OLED displey alacaq. Ekran maksimum 2600 nit parlaqlığa malik olacaq ki, bu da iPhone 14 Pro Max-dan 600 nit yüksəkdir.
Dimensity 9200+ çipi, 12 və 16 QB əməli yaddaş, həmçinin 256, 512 GB və 1 TB tutumlu daxili yaddaş qurğunun işinə cavabdeh olacaq. Əsas Xiaomi 13T ilə Pro versiyası arasındakı əsas fərqlər Full HD ekran və alt flaqman Dimensity 8200 Ultra çipindən istifadə olacaq.
Mənbə: Autotech