Xilasedicilər Dombayda baş vermiş meşə yanğınından 43-ü uşaq olmaqla 236 nəfəri təxliyə ediblər.
Bu barədə məlumat Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram-kanalında yer alıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri turistləri Dombayda meşə yanğınından çıxarıblar. Yenilənmiş məlumata əsasən, 236 nəfər çıxarılıb, onlardan 43-ü uşaqdır”, – deyə idarədən bildirilib.
Bundan əlavə, Dombay kəndində müvəqqəti məskunlaşma mərkəzinin yaradıldığı qeyd edilir.
Bundan əvvəl xilasedicilər Anapa yaxınlığındakı meşədə baş vermiş yanğını söndürüblər.
Kuban Qoryaçeklyuçevski meşə təsərrüfatında da yanğın olub.
DOĞRU.AZ