image-2000x150px
image-123
image-ads_atlas
image-xubackend

Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir

image-728x90px

Xaçmazın Xudat şəhərində böyük aqropark və logistik mərkəz inşa olunur. Logistik mərkəzdə iritutumlu soyuducu anbarlar və avtomobil parkı yerləşəcək.

“Bizim.media”nın əldə etdiyi məlumata görə, yeni salınan aqropark 17 hektar sahəni əhatə edir. İnşaat işləri bir neçə ölkənin iş adamlarının iştirakı ilə həyata keçirilir.

Anbarlarda fermerlərin meyvə və tərəvəz məhsulları saxlanılmaq üçün qəbul ediləcək və buradan dəmiryolu və avtomobil vasitəsi ilə Rusiya və digər ölkələrə daşınması təmin ediləcək.

Aqropark istifadəyə veriləndən sonra burada 300 nəfərin işlə təmin olunacağı deyilir.

Hazırda tikinti işləri davam edir. Ölkə iqtisadiyyatına böyük səmərə və xeyir verəcək aqroparkın istifadəyə veriləcəyi tarix hələ ki, açıqlanmır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki