Yaponiyanın Osaka və Hyoqo prefekturalarının sərhədində yerləşən Kansai hava limanında yerli All Nippon Airways (ANA) aviaşirkətinin iki təyyarəsi toqquşub.
“Mainichi” qəzeti insidentlə bağlı uçuşlara hazırlıq zamanı məlumat yayıb.
Qeyd olunur ki, toqquşma yerli vaxtla saat 10:10-da Toyonaka şəhəri yaxınlığındakı uçuş-enmə zolağında baş verib. Təyyarələr Yaponiya daxilində yalnız daxili reysləri yerinə yetirən Kansay Beynəlxalq Hava Limanının terminalında yerləşirdi.
Hər iki təyyarə All Nippon Airways-ə məxsusdur. İki təyyarənin qanadının toqquşması nəticəsində çoxsaylı sərnişin və ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Toqquşmanın səbəbi barədə hələlik məlumat verilmir.
Mənbə: A Haber