Yaponiyanın cənub-qərbindəki Kyushu adasını vuran “Şanşan” qasırğası nəticəsində azı 3 nəfər ölüb, bir nəfər itkin düşüb.
Doğru.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.
“Bizdə üç nəfərin öldüyü barədə məlumat var, daha biri itkin düşmüş hesab olunur”.
Qurbanların sayının 40 nəfər olduğu qeyd edilir.
Agentliyin məlumatına görə, son iki gündə Yaponiyada 700-dən çox aviareys ləğv edilib.
Bundan əvvəl Böyük Britaniyada fırtınadan sonra 63 mindən çox ev işıqsız qalıb.
DOĞRU.AZ