Çexiyanın Masaryk Universitetinin alimləri axşam və gecə mobil telefondan istifadənin yuxunun pozulmasına səbəb olması haqda mifi təkzib ediblər.
Smartfonların yuxuya təsiri ilə bağlı bir çox araşdırmalar aparılıb. Ehtimal olunur ki, yatmazdan əvvəl telefondan istifadə vərdişindən yaranan yuxusuzluq yeniyetmələrin akademik göstəricilərinə, psixi və fiziki sağlamlığına mənfi təsir göstərə bilər. Çex alimləri bunun doğru olub-olmadığını öyrənməyə çalışıblar.
Yeni tədqiqatda 203 çex yeniyetmə (13-17 yaş arası) iştirak edib. İştirakçılar smartfonlarına 14 gün ərzində cihazın performansı haqqında məlumat toplayan xüsusi yaradılmış tətbiqi yükləyiblər. Tədqiqatçılar telefondan istifadə müddəti və vaxtının ümumi yuxu müddəti, yuxu səmərəliliyi, yuxu keyfiyyəti və gündəlik yuxululuq səviyyələri ilə necə əlaqəli olduğunu təhlil ediblər.
Mənbə: Haberler.com