Yəməndə uzun sürən yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 30 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.
Doğru.az xəbər verir ki, bu barədə Associated Press yazır.
Bundan əlavə, yüzlərlə insan daha təhlükəsiz yerlərə köçürülüb. Güclü yağışların evlərə, yollara və əkin sahələrinə ziyan vurduğu bildirilir. Agentliyin məlumatına görə, bəzi sakinlər evlərində kilidlənib.
Daşqınlar Hadeyda liman şəhəri ilə yanaşı, Taiz və Həccəyə də təsir edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin KXDR rəhbəri Kim Çen Ina Şimali Koreyada baş verən daşqınların nəticələri ilə bağlı başsağlığı verdiyi bildirilib.
DOĞRU.AZ