image-2000x150px
image-123
image-ads_atlas
image-11-pic_32ratio_900x600-900x600-56388backend

Yeni OnePlus 2023-cü ilin ən güclü smartfonu ola bilər

image-728x90px

AnTuTu etalonunu keçən OnePlus 12 smartfonunun nəticələri 2 milyondan çox xalla rekorda imza atıb.

Bu barədə GSMArena portalı məlumat yayıb.

OnePlus 12 flaqman smartfonunun nəticəsi 2,11 milyon bal təşkil edib. Snapdragon 8 Gen 2 çipi ilə hazırkı qadcetlər təxminən 1,5-1,6 milyon xal toplayır. Gözlənilir ki, 2024-cü ildə yeni Snapdragon 8 Gen 3 çipinə malik bütün flaqman qurğular 2 milyondan çox xal toplayacaq.

Üstəlik, sızan sınaqda 12 GB RAM-a malik smartfon iştirak edib. Göründüyü kimi, maksimum konfiqurasiyada 24 GB RAM alacaq OnePlus 12 daha yaxşı nəticələr nümayiş etdirə biləcək.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki