Yaponiyanın Toyota şirkəti yeni Century avtomobil modelinin tizer şəklini dərc edib.
Autonews.ru internet portalı yazır ki, gələcəkdə onlar Rolls-Royce-un Cullinan krossoverləri ilə rəqabət aparmalıdırlar.
Materialda avtomobilin premyerasının 6 sentyabr 2023-cü il tarixinə planlaşdırıldığı göstərilir. Nəşrdə avtomobilin ilk dəfə Tokioda ictimaiyyətə təqdim ediləcəyi qeyd edilib.
Eyni zamanda şəkildə qeyri-adi optikaya malik avtomobilin ön hissəsini görmək olar. O, dörd elementə bölünüb və konfiqurasiyaya görə Chevrolet Tahoe SUV-lərinin köhnə nəsillərinə xas olan avadanlığı xatırladır. Bundan əlavə, yeni avtomobildə böyük radiator barmaqlığı və Century emblemi var.
Mənbə: Autotech