Yeni Zelandiyanın Kraystçörç şəhəri və Selvin bölgəsində yağışın səbəb olduğu geniş daşqınlar fonunda fövqəladə vəziyyət elan edilib.
“Kristçörçdə və Kenterberinin Selvin bölgəsində fövqəladə vəziyyət elan edilib”, – The New Zealand Herald yazır.
Təxminən 150 km/saat sürətlə əsən güclü küləyin də paytaxt Vellinqtonu vurduğu bildirilir. Axşam saatlarına qədər hava limanında uçuşlar təxirə salınıb, yüzlərlə insan işıqsız qalıb.
Daha əvvəl məlum olub ki, daşqınlar səbəbindən Tümen vilayətində fövqəladə vəziyyət elan edilib.
DOĞRU.AZ