image-n1karobka_ads
image-123
image-6748016702e8bd2a9a76c735backend

Yeni Zelandiyanın baş naziri polis maşını ilə qəzaya düşüb

image-ad_qayo_720x110px

Yeni Zelandiyanın baş naziri Kristofer Laxon polis maşını ilə qəza törədib.

“Bu, çox kiçik bir hadisədir, biz yaxşıyıq. Bəzən belə şeylər olur”, TASS ondan sitat gətirir.

Siyasətçinin sözlərinə görə, qəza zamanı nə özü, nə də avtomobildə olan Maliyyə Nazirliyinin rəhbəri Nikola Uillis xəsarət almayıb.

Polis aydınlaşdırıb ki, polis patrul maşınlarından biri baş nazirin limuzininə çırpılıb.

Bundan əvvəl bloger və motosikletçi Tatyana Ozolinanın Türkiyədə Milas şəhəri yaxınlığında motosikletlə qəza törətdiyi bildirilirdi . Onun YouTube-da 2 milyona yaxın abunəçisi var idi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki