Interest.nz xəbər verir ki, Yeni Zelandiyanın ədliyyə və regional inkişaf naziri Kiri Allan sərxoş halda keçirdiyi qəzaya görə istefa verib.
Baş nazir Kris Hipkins bildirib ki, Allan bazar günü Yeni Zelandiyanın paytaxtı Vellinqtonda qəza keçirib, bundan sonra saxlanılaraq polis bölməsinə aparılıb. Nazir sərxoş vəziyyətdə avtomobil idarə etmək və polisin həbsinə müqavimət göstərmək ittihamı ilə dörd saat sonra sərbəst buraxılıb.
Hipkins hadisədən sonra Allanın daha nazir postunu tuta bilməyəcəyini vurğulayıb. Allan baş nazirlə razılaşıb və istefa ərizəsini təqdim edib.
Hökumət başçısı Allanın əvvəlki problemlərinin özünün “kulminasiya nöqtəsinə” çatması fikrini bildirib.
Mənbə: Sözcü