Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefa verməsi tələbi ilə növbəti etiraz aksiyası başlayıb.
“Doğru.az” TASS-a istinadən xəbər verir ki, aksiyada 1000-dək insan iştirak edir.
“Nikol Paşinyan, sən istefaya getməlisən. Harda görülüb ki, kapitulyant getməsin?!”, – deyə Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasından deputatı Naira Zoqrabyan bildirib.
Qeyd edək ki, Ermənistanda noyabrın 10-dan etibarən Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir.

























