UNESCO Ukraynanın Lvov şəhərindəki dünya irsi obyektinin bufer zonasında partlayışın baş verdiyini iddia edir və təşkilat bunu “hücum” kimi qiymətləndirir.
Bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, partlayış YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Lvov Tarixi Mərkəzinin Ansamblı” bufer zonasında yerləşən tarixi binada baş verib.
“Bufer zonaları sərhədləri Ümumdünya İrs Komitəsi tərəfindən tanınan və təsdiq edilən Ümumdünya İrs obyektləri üçün əlavə qorunma təbəqəsidir”, – təşkilat bildirib.
YUNESKO-nun məlumatına görə, hadisəyə görə məsuliyyət hələlik konkret şəxslərə həvalə edilməyib, lakin qeyd edilir ki, Ümumdünya İrs Konvensiyası ilə qorunan əraziyə zərbələr “bu konvensiyanın pozulması, eləcə də 1954-cü il Haaqa Konvensiyasının pozulmasıdır.
Mənbə: A haber