Tezliklə Amazon-a məxsus Twitch canlı yayım xidməti itkiləri azaltmaq üçün işçilərinin 35%-ni ixtisar edəcək, yəni təxminən 500 nəfər işini itirəcək. Bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, ixtisarlar bu həftənin əvvəlində elan edilə bilər. Buna səbəb Twitch-in artan itkiləri, həmçinin son aylarda bir neçə top menecerin şirkətdən getməsidir.
Twitch üçün əsas xərc maddəsi məzmun üçün bulud yaddaşının icarəsidir – xidmət hər ay 1,8 milyard saat video yaradır. Bundan əvvəl də eyni səbəbdən şirkət Cənubi Koreyanı tezliklə tərk edəcəyini açıqlamışdı. Vəziyyətə hətta Twitch-in dünyanın ən böyük bulud serverləri provayderi olan Amazon-un infrastrukturundan istifadə etməsi də kömək etmir.
Mənbə: Bloomberg