Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək məqsədilə qardaş ölkəyə səfər edib.
Doğru.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Bildirilib ki, iyulun 22-də Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən sərginin açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakçıları salamlayıb və sərginin önəmini vurğulayıb.
Səfər çərçivəsində müdafiə nazirinin sərgidə nümayiş etdirilən hərbi silah və texnika ilə tanış olması, eləcə də bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılıb.
DOĞRU.AZ