image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20211107-161447_gallerybackend

Zəfərə aparan 44 gün

image-728x90px

Doğru.az xəbər verir ki,  6.11.2021 -ci il tarixində  Vətən müharibəsi üzrə qələbənin birinci ildönümü ilə əlaqədar Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı  ilə Zəfər Günü ərəfəsində “44 günlük dastan” adlı tədbir keçirildi.

Qafqaz Busines Mərkəzində  baş tutan tədbirdə dövlət himni səsləndirildikdən sonra, canlarını Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhramancasına fəda etmiş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə aparıcı qismində Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə  Hüseynova və aparıcı, jurnalist Sevinc  Rəcəbova çıxış etmişdir. Tədbirdə söz alan  Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Könül Nurullayeva, AMEA-nın filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, Peşəyönümlü Təhsilin inkişafına dəstək İctimai Birliyinin sədri İradə Əlili, Ombudsman əməkdaşı, Yazıçılar  Birliyinin üzvi Azadə Novruzova  çıxışları ilə davam etmişdilər.

Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri Ülvi Qədir  və digər Qazilər  çıxışları zamanı vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini bölüşdülər. Eyni zamanda tədbirdə Prezident İlham Əliyevin zəfər çıxışlarından ibarət video-çarx da təqdim edilmişdir.

Tədbirdə  qonaqların sırasında   Ailə-uşaq psixoloqu Aytən xanım, Gənclər Fondunun vitse prezidenti Salman Əliyev, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Dizayn məktəbinin yaradıcılıq dərnəyinin rəhbəri Aytən müəllimə  iştirak etmişlər. Foyedə sərgilənən gənc rəssamların əsərləri qonaqların diqqətini cəlb etdi.

Deputat, ictimai xadimlər və qazilərlə yanaşı şəhidlərimizin bizə əmanət etdiyi ailələridə iştirak etmişdir.

Sübhnur Tədris Mərkəzinin şagirdləri və Aysu Türkel tərəfindən “Zəfər” şeiri məharətlə səsləndirilmiş tədbirin davamında isə “Xarıbülbül” musiqi qrupunun və “Qarabağ”qrupunun rəhbəri Asim Pirimov və xanəndələrin  ifasında “Azərbaycan” , “Xudayar Təsnifi” və s. musiqilər təqdim edilmişdir.

Vətən müharibəsinin qaziləri və şəhid ailələri səhnəyə dəvət edilərək onlara xalqımızın adından bir daha təşəkkür edilmiş, kitablar və  təşəkkürnamə  təqdim  edilmişdir.
Son olaraq tədbirin təşkilatçısı, Sübhnur Tədris Mərkəzinin rəhbəri Hüseynova Gülnarə xanımın tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirməsi ilə sonlanmışdır.

Tədbir Empa Tv-nin,  Nan EDU Centre Mərkəzinin, LİBRA Kitab nəşriyyatının, Qədim Qala nəşriyyatınınn ,”MKT İK” MMC şirkəti, Azimut Şirkətinin təşkilatı dəstəyi ilə ərsəyə gəlmişdi.

DOĞRU.AZ 

image-img-20211107-wa0129 image-img-20211107-wa0138 image-img-20211107-wa0131 image-img-20211106-wa0235 image-img-20211106-wa0237 image-img-20211106-wa0234 image-img-20211106-wa0232 image-img-20211106-wa0257 image-img-20211106-wa0230 image-img-20211106-wa0251 image-img-20211106-wa0258 image-img-20211106-wa0239

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki