image-2000x150px
image-005-1backend

Zəfərin qazanılmasında İlham Əliyev amili – ŞƏRH

image-728x90px

Prezident İlham Əliyevin Vətən müharibəsində qələbənin qazanılmasında böyük rolu var.

Bildirək ki, İlham Əliyev Prezident seçildikdən sonra xalq-iqtidar birliyinin qalıcı olmasını təmin etdi və Qarabağ münaqişəsini daim diqqətdə saxladı.

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı.

Danışıqlar heç bir nəticə vermədi. Əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.

İlham Əliyev istər ölkə daxilində keçirilən tədbirlərdə, istərsə də mötəbər beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırdı və bununla da Azərbaycan xalqının düşüncələrində Qarabağa olan ideoloji bağları möhkəmləndirdi.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın irimiqyaslı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə kökləmişdi:

“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Ali Baş Komandan illərdir apardığı düşünülmüş daxili və xarici siyasəti nəticəsində Azərbaycanın Vətən müharibəsində Zəfər qazanmasına nail oldu.

44 günlük Vətən müharibəsində də Prezident qələbə üçün lazım olan informasiya müharibəsində önə çıxdı. Prezident 11 ölkənin 26 KİV-nə müsahibələr verdi.

Ölkə başçısının müsahiblərinin məzmunu beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanma təşkil edirdi.

Ali Baş Komandan kimi ortaya qoyduğu qətiyyəti Azərbaycan Ordusunun cəbhədəki nailiyyətləri üçün mayak oldu və Prezidentin çıxışları xalqın da dəstəyini qazandı.

44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

İlham Əliyev Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra regionda yaranan yeni geosiyasi reallıqların məzmununu dünyaya çatdırır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki