image-n1karobka_ads
image-123
image-67c726d502e8bd3e2e64c922backend

Zelenski ABŞ-dakı qalmaqala görə təəssüfləndiyini bildirib, lakin üzr istəməyib

image-ad_qayo_720x110px

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla mübahisəsi zamanı Ağ Evdə baş verən qalmaqala görə təəssüfləndiyini bildirib, lakin Vaşinqtonun tələb etdiyi kimi davranışına görə üzr istəməyib.

O, bu barədə X-də yazı dərc edib.

“Cümə günü Vaşinqtonda, Ağ Evdə görüşümüz gözlənildiyi kimi keçmədi. Təəssüf ki, bu cür oldu. İşləri yoluna qoymaq vaxtıdır. Biz istərdik ki, gələcək əməkdaşlığımız və ünsiyyətimiz konstruktiv olsun”, – Zelenski yazıb.

O, həmçinin qeyd edib ki, “davamlı sülhə nail olmaq üçün” Trampla işləməyə hazırdır.

Fevralın 28-də Vaşinqtonda Vladimir Zelenski ilə Donald Tramp arasında qalmaqallı görüş baş tutub. Onlar birbaşa Ağ Evdə mətbuatın qarşısında emosional mübahisə ediblər , xüsusilə Zelenski ABŞ prezidentinin sözünü kəsib. Bir anda Tramp Zelenskini təqlid etməyə başladı.

Bunun ardınca Fox News, Ağ Evin yüksək səviyyəli rəsmisinə istinadən xəbər verdi ki, ABŞ-Ukrayna razılaşması üzrə danışıqlar “Zelenski kameralar qarşısına keçib açıq şəkildə üzr istəməyincə ” irəliləməyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki