image-2000x150px
image-123
image-ads_atlas
image-oxu-azbackend

“Zetnet” internet provayderi bu gündən “AZnet” adı ilə fəaliyyət göstərəcəkdir

image-728x90px

Bakı şəhəri, Abşeron yarımadası, Qarabağ bölgəsi və ölkə ərazisi üzrə bir çox rayonlarda GPON texnologiyası ilə fiber-optik internet xidmətləri təqdim edən Zetnet internet provayderi rebrendinq olunur. “A2Z Technologies” QSC-nin internet xidmətləri təqdim edən “Zetnet” markası 01.02.2023-cü il tarixindən “AZnet” adı ilə fəaliyyət göstərəcək.

Şirkətdən aldığımız məlumata əsasən, yeni ad internet xidmətindən yararlanan müştərilər üçün daha rahat səslənmə, yadda qalan olması ilə yanaşı həm də doğmalıq duyğusu yaradacaq.

“AZnet” – müasir internet provayder infrastrukturuna malik olaraq, xidmət göstərdiyi ərazilərdə fiziki və hüququ şəxslər üçün limitsiz, sürətli fiber-optik internet xidmətləri təklif edir.

Ev və ya işiniz üçün sürətli internetə ehtiyacınız varsa, sadəcə 8113 nömrəsi ilə əlaqə saxlamaq kifayət edir. Sizin ərazi üzrə xidmət göstərən “AZnet” mütəxəssisləri ən qısa zaman ərzində internetə qoşulma xidmətini icra edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki