image-2000x150px
image-123
image-ads_atlas
image-20180413_gaf_u04_021-pic_32ratio_1200x800-1200x800-54803backend

Zukerberq: Threads sosial şəbəkəsi veb versiyasını və axtarış funksiyasını işə salacaq

image-728x90px

Meta Korporasiyasının rəhbəri Mark Zukerberq bildirib ki, X sosial şəbəkəsi (keçmiş Twitter) ilə rəqabət aparacaq Threads sosial şəbəkəsi axtarış funksiyasını və tətbiqin veb versiyasını işə salmağı planlaşdırır.

Bu barədə TASS məlumat yayıb.

“Axtarış və internet yaxın bir neçə həftə ərzində görünəcək”, – Zukerberq bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi “Meta” şirkətinin sahibi Mark Zukerberqi sosial şəbəkələrdəki senzura ilə bağlı aparılan təhqiqatda əməkdaşlıqdan imtina etdiyinə görə ona hörmətsizlik göstərə bilər. Nəşr vurğulayır ki, belə bir addım səsvermə yolu ilə atılsa, bu, yalnız simvolik xarakter daşıyacaq.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki