Doğru.az xəbər verir ki, bu gün Xocavənd, Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarının gənclər və idman idarələrinin təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş videokonfrans keçirilib.
Tədbirdə rayonların ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda yüksək nailiyyətlər qazanan gənclər, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbirdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətin həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs edilib.
Qeyd edək ki, “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş videokonfransa 104 nəfər qatılıb.

























