image-2000x150px
image-123
image-ads_atlas
image-_116678185_gettyimages-1297022187-594x594backend

40 yaşdan yuxarı vaksinasiya olunacaq şəxslərin qeydiyyatına başlanılıb

image-728x90px

Azərbaycanda 40 yaşdan yuxarı vaksinasiya olunacaq şəxslərin qeydiyyatına start verilib.

“Doğru.az”-ın məlumatına görə, “Azərbaycan Respublikasında “Covid-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən növbəti mərhələdə, aprelin 1-dən 40 yaş və daha yuxarı şəxslərin “Covid-19” xəstəliyinə qarşı vaksinasiyasına başlanılır.

Artıq sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürə bilərlər.

Qeyd edək ki, randevu sistemində 40 yaş və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki