image-2000x150px
image-123
image-ads_atlas
image-dc1f571f-de1a-3e46-b314-9f781e257113backend

Salyanda şəhidin xatirəsinə bulaq istifadəyə verildi – FOTO

image-728x90px
Salyanda Vətən müharibəsi şəhidi Əliəkbər Bəndəliyevin xatirəsinə ehsan bulağının açılışı olub.

Doğru.az “Report”-a istinadən xəbər verir ki, rayonun Çadırlı kəndində inşa olunan bulağın açılışında şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin qəhrəmanlıqla dolu həyatından danışılıb, onunla bağlı xatirələr söylənilib. Sonra şəhidin anası bulağın rəmzi qırmızı lentini kəsib. Sonda məktəblilər vətən, torpaq, qəhrəmanlıq mövzusunda şeirlər söyləyiblər.

Qeyd edək ki, şəhid Əliəkbər Bəndəliyev 2001-ci ildə Salyanın Çadırlı kəndində doğulub. Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 10 oktyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ə.Bəndəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Bizimlə əlaq

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki