image-2000x150px
image-123
image-ads_atlas
image-5f44a63353c24-t0shxn7_ypuzws0backend

İlham Əliyev Monteneqro xalqını təbrik etdi

image-728x90px

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir: onteneqronun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Monteneqro arasındakı münasibətlər uğurla inkişaf edir. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki