image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-6backend

8 Noyabr – Zəfər Günüdür

image-728x90px

Bu gün Azərbaycanda 8 Noyabr – Zəfər Günüdür.

Doğru.az xəbər verir ki, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 2-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamSərəncama əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdı.

Amma bir gün sonra, dekabrın 3-də Prezident 2 dekabr tarixli sərəncama dəyişiklik etdi.

Prezident İlham Əliyev noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi.

Dəyişiklikdə bildirildi ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi münasibətilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilsin.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki