image-ads_n1karobka_mobile
image-nocomment_ef6d7f0ec1de713955d9bc2695a17562_gb32tp60hfw15akj4or9-640x336backend

AAYDA-da yoxlamalar başladı – maaşlar verilmir…

image-add-a-heading

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) iş əməkhaqqılar ödənməyib.

NOCOMMENT.az -a daxil olan məlumata görə, qurumda adətən hər ayın 7-nə qədər ödənilən maaşlar bu ay işçilərin hesabına köçürülməyib.

Həmçinin məlumata əsasən, AAYDA-da yoxlamalar aparılır.

Əmək haqqlarının gecikməsinin yoxlamalarla əlaqəli olduğu ehtimal edilir.

Quruma rəsmi sorğu göndərilsə də, cavab verilməyib.

Xatırladaq ki, cari ilin 6 fevral tarixinədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Saleh Məmmədov vəzifəsindən çıxarılıb, Vüsal Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki