image-ads_n1karobka_mobile
image-rtx6t0o0-pic905-895x505-36008backend

ABŞ-da şaxta səbəbindən elektrik avtomobilləri doldurma stansiyaları sıradan çıxmağa başlayıb

Çikaqoda Tesla elektrik avtomobillərinin sahibləri bəzi markalı Supercharger şarj stansiyalarından istifadə edə bilməyiblər, çünki onlar şaxta səbəbindən sıradan çıxıb.

Bu barədə “Elektrek” məlumat yayıb.

ABŞ-ın ən böyük şəhərlərindən birində son bir neçə gündür soyuq hava hökm sürür. Termometr -19 °C-ə düşdü, lakin güclü küləklər səbəbindən temperatur -29 °C-yə qədər hiss olundu.

Çikaqolu motoristlər Teslalarının Supercharger şəbəkəsinə qoşulduqdan sonra şarj etməyi dayandırdıqlarını bildirirlər. Bəzi sürücülər avtomobillərini yerli Tesla xidmət mərkəzinə çəkməyə məcbur olublar.

Mənbə: Autotech


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki