ABŞ administrasiyası İrana məxsus dondurulmuş vəsaitlərin bir hissəsinin sərbəst buraxılması ilə bağlı qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Qeyd olunub ki, söhbət təxminən 7 milyard dollar həcmində aktivlərdən gedir.
Bu vəsaitlərin uzun müddətdir müxtəlif ölkələrdə və bank sistemlərində bloklanmış vəziyyətdə olduğu bildirilir. Qərarın detalları tam açıqlanmayıb.
Qeyd edək ki, ABŞ daha əvvəl də İrana qarşı sanksiyalar çərçivəsində dondurulmuş aktivlərin məhdud şəkildə istifadəsinə icazə verən qərarlar qəbul edib.
DOĞRU.AZ

























