image-2000x150px
image-123
image-ads_atlas
image-387577273_830746411867774_5825361272154810_nbackend

ABŞ İsrailin Qəzza zolağının dağıdılmasının nəticələrini proqnozlaşdırıb

image-728x90px

Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor X sosial şəbəkəsində bildirib ki, İsrailin Qəzza zolağında cavab tədbirləri daha böyük müharibəyə səbəb ola bilər.

“Bütün müsəlman dünyasının Qəzzanın və onun əhalisinin dağıdılması ilə bağlı qəzəbi və ikrahı son nəticədə İranı və hətta Türkiyəni də əhatə edə biləcək daha böyük müharibəyə səbəb ola bilər” deyə Makqreqor yazıb.

Pentaqonun rəhbərinin keçmiş müşavirinin sözlərinə görə, Hizbullah fəaliyyətsiz qalarsa, oxşar ssenari mümkündür. Makqreqor həmçinin qeyd edib ki, əgər İsrail Livanın cənubundan hücuma məruz qalarsa, onun quru qüvvələri “qırılma nöqtəsinə qədər uzanacaq”.

Ekspertin fikrincə, münaqişə iştirakçılarının sayının genişlənməsi ilə Misir kənarda qala bilməyəcək və dünya kəskin şəkildə dəyişə bilər.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki