image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2022-12-22t032235z_1786468718_rc2oay91bwgr_rtrmadp_3_ukraine-crisis-usa-zelenskiy-pic_32ratio_900x600-900x600-27014backend

ABŞ Konqresi Ukrayna və İsrailə yardımın birləşdirilməsinə qarşı çıxıb

image-728x90px

NBC-dən alınan məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının üzvləri Ukrayna üçün hərbi tranşların İsrailin dəstəyi ilə əlaqələndirilməsi ideyasına həvəs göstərməyiblər. Bir çox respublikaçı qanunvericilər təklifə şübhə ilə yanaşır, hətta açıq şəkildə tənqid edirdilər. Onlar bildiriblər ki, əvvəlcə İsrailə yardım göstərilməli, daha sonra Ukraynaya dəstəyin mümkün faydaları müzakirə edilməlidir.

Texasdan olan Michael Burgess kimi GOP rəsmiləri deyirlər ki, bu ikisi ayrı-ayrı məsələlərdir və bir-biri ilə əlaqələndirilməməlidir.

Corciyadan Marjorie Taylor Greene və Floridadan Brayan Mast da eyni fikirdədir. Onlar maliyyənin birləşdirilməsi ideyasını qəti şəkildə rədd etdilər və Ukraynaya deyil, İsrailə yardımı dəstəklədiklərini söylədilər.

Telekanalın məlumatına görə, hətta hər iki ölkəyə yardımın tərəfdarı olan respublikaçılar belə bir təşəbbüsə şübhə ilə yanaşıblar.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki