image-2000x150px
image-123
image-ads_atlas
Abşeron milli parkında “açıq qapı” günü keçiriləcək-VİDEObackend

Abşeron milli parkında “açıq qapı” günü keçiriləcək-VİDEO

image-728x90px

Doğru.az xəbər verir ki, Abşeron milli parkının yaranması günü ilə əlaqədar fevralın 8-də milli parkda “açıq qapı” günü və maarifləndirici tədbirlər keçiriləcək. Ziyarətçilər milli parka giriş haqqından azaddırlar.


Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkının füsunkar təbiətini görmək, flaminqoları müşahidə etmək istəyən hər kəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi “açıq qapı” gününə dəvət edir.

Qeyd edək ki, Abşeron milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki