image-n1karobka_ads
image-123
image-vjcfmcuq1ysgnbha5uy1uweswbct0etrs7jptqfo_1200backend

Abşeronda dəhşətli cinayət: Oğul anasını yandıraraq öldürüb

Abşeron rayonunun Hökməli qəsəbəsində dəhşətli ailə faciəsi baş verib.

Doğru.az xəbər verir ki, “Xəzər Xəbər”in yaydığı məlumata görə, Abdulrəhman Həsənli anası Gülbəs Həsənovanı münaqişə zəminində yaşadıqları evdə yandıraraq qətlə yetirib.

Hadisə ilə bağlı həlak olan qadının qızı Fatimə Həsənli açıqlama verərək bildirib ki, qardaşı uzun müddətdir narkotik aludəçisidir və həmin gün əvvəlcə evi, daha sonra isə anasını yandırıb.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, Gülbəs Həsənovanın aldığı yanıq xəsarətlərindən iyulun 7-də xəstəxanada vəfat etməsi faktı üzrə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümə səbəb olma) cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Abdulrəhman Həsənli saxlanılıb və istintaq davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki