image-n1karobka_ads
image-123
image-fb_img_1768628348632backend

Adam Kadırov ağır qəzadan sonra Moskvaya aparılıb – FOTO

image-add-a-heading

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 18 yaşlı Adam Kadırov Qroznıda ağır yol-nəqliyyat hadisəsinə düşüb.

Doğru.az xəbər verir ki, qəza nəticəsində Adam Kadırov huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, Adam Kadırovun kortejində olan nəqliyyat vasitələri yüksək sürətlə hərəkət edərkən qəfil maneəyə çırpılıb. Nəticədə zəncirvari qəza baş verib.

Bildirilib ki, vəziyyətinin ağır olması səbəbilə Adam Kadırov sonradan Moskvaya aparılıb. Oxu.Az-ın “FlightRadar”a istinadən yaydığı məlumata görə, Adam Kadırovun olduğu Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “An-148-100-EM” təyyarəsi Moskva vaxtı ilə saat 01:10-da (Bakı vaxtı ilə 02:10) Vnukovo hava limanına eniş edib.

Məlumata əsasən, Ramzan Kadırovun olduğu təyyarə də həmin reysi yaxından izləyib.

DOĞRU.AZ

image-sijdvacctuenwswqzkcdfkjavttay76dydoawuf9_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki