image-n1karobka_ads
image-123
image-inshot_20240708_071025504backend

Ağdamda qəza: Xəsarət alan var

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdam istiqamətində hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başladılıb.

DOĞRU.AZ

image-inshot_20240708_071038029 image-inshot_20240708_071025504

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki