image-n1karobka_ads
image-123
image-dglq11backend

Ağdərədə dağlıq ərazidə yanğın baş verib – VİDEO

image-ad_qayo_720x110px

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Doğru.az xəbər verir ki, FHN-in Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlərin həyata keçirdiyi zəruri tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmadan söndürülüb.

Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki