image-1621858558225backend

Ağstafada cari tədris ilində fərqlənən təhsil işçiləri və şagirdlər təltif olunublar – FOTOLAR

2020-2021-ci tədris ilində Ağstafa rayonunun ümumtəhsil məktəblərində fərqlənən müəllim və şagirdlər, o cümlədən 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlər və “Qarabağ aşıq sənəti” musiqi festivalının qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman” və hədiyyələri ilə təltif olunublar.

Doğru.az xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq açıq hava şəraitində təşkil olunan tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Rayon Təhsil Şöbəsinin məsul şəxsləri iştirak ediblər.
Təltif olunanlar və tədbirdə digər çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

DOĞRU.AZ

image-fb_img_1621858378891 image-fb_img_1621858382817 image-fb_img_1621858385493 image-fb_img_1621858388297 image-fb_img_1621858390839 image-fb_img_1621858393757 image-fb_img_1621858396386 image-fb_img_1621858399025 image-fb_img_1621858401679 image-fb_img_1621858404256 image-fb_img_1621858407022


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki